Sənaye və istehsal sektorunun kreditləşməsi 49% artıb

Sənaye və istehsal sektorunun kreditləşməsi 49% artıb
  • Clock-gray 10:10
  • calendar-gray 04 İyun 2020

2020-ci ilin may ayının 1-nə sənaye və istehsal sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 374 mln. manat və ya 49% artaraq 1 137,7 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, sənaye və istehsal sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 8,5 mln. manat və ya 0,8% artıb.

Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 7,5% təşkil edib ki, bu da aylıq müqayisədə 0,3 faiz bəndi, illik müqayisədə isə 1,6 faiz bəndi artıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər