Son üç ildə Azexport.az portalına 1,6 mlrd. dollara yaxın ixrac sifarişləri daxil olub

Son üç ildə Azexport.az portalına 1,6 mlrd. dollara yaxın ixrac sifarişləri daxil olub
# 29 yanvar 2020 11:41 (UTC +04:00)

2019-cu ildə Azexport.az portalına 596 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Bu, 2018-ci illə müqayisədə 16% çoxdur.

"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorun müavini Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, 2019-cu ilin dekabr ayı ərzində isə Azexport.az portalına daxil olan sifarişlərin dəyəri 63,4 mln. dollar təşkil edib.

"Məlumat üçün qeyd edim ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 dekabr tarixinədək (36 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1,585 mlrd. dollar təşkil edib", - deyə R. Hüseyn qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR