Sürətli vaksinasiya qlobal gəlirləri 9 trln. dollar artıra bilər

Sürətli vaksinasiya qlobal gəlirləri 9 trln. dollar artıra bilər
# 08 fevral 2021 10:02 (UTC +04:00)

COVID-19 pandemiyasına qarşı daha sürətli vaksinasiya 20202025-ci illər ərzində qlobal məcmu gəlirləri 9 trln. ABŞ dolları artıraraq bütün ölkələrə fayda gətirə bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktorunun müavini Antuanett Monsio Sayeh (Antoinette Monsio Sayeh) bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət aşağı və orta gəlirli iqtisadiyyatlar üçün də vaksinasiya və tibbi xidmətlərlə çıxış təmin etmək istiqamətində sürətlə hərəkət edib, tədbirlər görməlidir. Burada COVID-19-a qarşı Peyvəndlərin Qlobal Qurumunun (COVAX) maliyyələşdirməsinin gücləndirməsinin zərurəti müavin tərəfindən xüsusilə qeyd edilib.

Antuanett M. Sayeh vurğulayıb ki, pandemiyanın əvvəlindən BVF tərəfindən 85 ölkəyə 105 mlrd. dollardan çox maliyyələşdirmə təsdiq olunub və 175-dən çox ölkəyə siyasətinə dair tövsiyələr və potensial inkişafına dəstək verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR