Trampın hesabını bağladıqdan sonra "Twitter"in səhmləri 12% ucuzlaşıb

Trampın hesabını bağladıqdan sonra "Twitter"in səhmləri 12% ucuzlaşıb
# 12 yanvar 2021 12:28 (UTC +04:00)

ABŞ Prezidenti Donald Trampın hesabını bağladıqdan sonra "Twitter"in səhmləri 12% ucuzlaşıb.

APA-nın "Business Insider"ə istinadən verdiyi məlumata görə, nəticədə şirkətin bazar dəyəri 5 mlrd. dollar azalıb. İnvestorlar Prezident Donald Trampa məxsus 88 mln. abunəçisi olan mikrobloqun bağlanmasından sonra platformaya olan marağın azala biləcəyini ehtimal ediblər.

Qeyd edək ki, "Twitter" ABŞ Prezidenti Donald Trampın səhifəsini Ağ Ev qarşısında baş verən insidentdən sonra birdəfəlik bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR