Türk lirəsinin manata qarşı məzənnəsi beşaylıq minimuma enib

Türk lirəsinin manata qarşı məzənnəsi beşaylıq minimuma enib
  • Clock-gray 10:30
  • calendar-gray 30 Mart 2021

Martın 30-da türk lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2055 manat təşkil edib. Bu, son beş ayda qeydə alınan ən aşağı göstəricidir.

"APA-Economics"in hesablamalarına görə, bundan əvvəl lirənin manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin noyabrın 6-da qeydə alınmışdı – 0,2019 manat.

Qeyd edək ki, 2021-ci ilin fevralın 1-nə türk lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2336 manata yüksələrək yarımillik maksimuma çatmışdı. Həmin tarixdən bəri lirə manata nisbətdə 12,03% ucuzlaşıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər