Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzv ölkələri investisiya fondu yaradacaq

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzv ölkələri investisiya fondu yaradacaq
  • Clock-gray 13:55
  • calendar-gray 02 Noyabr 2020

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətləri arasında investisiya fondunun yaradılmasına dair razılıq əldə olunub.

"APA-Economics"in məlumatına görə bunu, “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusuna həsr olunmuş Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclasının nəticələrinə həsr olunan brifinqdə  Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, əsas məqsəd – ölkələrdə sahibkarlıqla məşğul olan insanlara dəstək verməkdir: "Xüsusi vurğulamaq istəyirəm ki, Türkiyədən sonra, Özbəkistanla da son iki ildə ticarət dövriyyəsində artım qeydə alınıb. Pandemiyaya baxmayaraq, 2020-ci ilin doqquz ayında bu ölkə ilə ticarət dövriyyəsi 38% artıb".

Hüseyn Vəliyev

Digər xəbərlər