Türkiyə ÜDM-i bu il 3,8% azalacaq - PROQNOZ

Türkiyə ÜDM-i bu il 3,8% azalacaq - PROQNOZ
# 09 iyun 2020 15:16 (UTC +04:00)

Dünya Bankı bu il yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda Türkiyədə iqtisadiyyatının 3,8% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in Dünya Bankının "Global Economic Prospects: Europe and Central Asia" adlı hesabatının iyun buraxılışına istinadən verdiyi məlumata görə, bankın bundan öncəki yanvar proqnozunda Türkiyə iqtisadiyyatının 3% artacağı göstərilmişdi. 2021-ci ildə isə Türkiyə iqtisadiyyatının bərpa olaraq 5% artacağı proqnozlaşdırılır.

Bankın proqnozuna görə, ÜDM-in azalmasının əsasında ölkəyə investisiyaların davamlı azalması, zəif xarici tələb mühitində və pandemiya ilə bağlı olan məhdudlaşdırıcı tədbirlərin görülməsi səbəbindən ixracın azalması durur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR