Türkiyədə minimum əməkhaqqı 2 825 lirəyə çatdırılıb

Türkiyədə minimum əməkhaqqı 2 825 lirəyə çatdırılıb
# 28 dekabr 2020 13:11 (UTC +04:00)

Türkiyədə 2021-ci il üçün minimum əmək haqqı 2 825 türk lirəsi (377 ABŞ dolları) olaraq müəyyənləşdirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin ailə, əmək və sosial xidmətlər naziri Zehra Zümrüt Selçuk bildirib ki, bu, konkret olaraq minimal əməkhaqqında 500 lirə və ya 21,6% artım deməkdir.

Nazir qeyd edib ki, 1 yanvar 2021-ci ildən qüvvədə olacaq qərardan 7 mln. insan faydalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR