Türkiyənin ixracı oktyabrda tarixi maksimuma çatıb

Türkiyənin ixracı oktyabrda tarixi maksimuma çatıb
# 03 noyabr 2020 12:35 (UTC +04:00)

Bu ilin oktyabr ayında Türkiyə ixracının dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 5,6% artaraq 17,3 mlrd. ABŞ dollar təşkil edib ki, bu fakt tarixi maksimum kimi qeydə alınıb.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib.

Oktyabrda Türkiyənin idxalı illik müqayisədə 8,5% artaraq 19,73 mlrd. dollar çatıb. Beləliklə, ölkənin ticarət dövriyyəsinin mənfi saldosu illik ifadədə 35,7% artaraq 2,43 mlrd. dollara çatıb.

Avropa İttifaqı (Aİ) Türkiyənin ən böyük ticarət tərəfdaşı kimi mövqeyini qoruyub. Belə ki, ötən ay Aİ-yə ixrac illik müqayisədə 4,1% artaraq 7,23 mlrd. dollara bərabər olub. Təkcə Almaniyaya oktyabrda 1,62 mlrd. dollarlıq mal ixrac olunub. Böyük Britaniyaya da ixrac həcmlərində əhəmiyyətli – illik 52,6% səviyyəsində artım qeydə alınıb və 1,5 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR