Türkiyəyə ötən il ən çox yatırım edən ölkə açıqlanıb

Türkiyəyə ötən il ən çox yatırım edən ölkə açıqlanıb
# 11 fevral 2021 14:15 (UTC +04:00)

Ötən ilin yanvar-noyabr ayları ərzində xarici sərmayədarlar Türkiyəyə 4,642 mlrd. ABŞ dolları həcmində yatırım ediblər.

APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Mərkəzi Bankının açıqlamasında deyilir.

Qeyd olunub ki, İtaliya ötən ilin 11 ayında Türkiyədə 970 mln. dollar, ABŞ – 783 mln. dollar, Niderland isə 491 mln. dollar sərmayə yatırıb. Xarici investorların bölgüsünə baxdıqda, ümumilikdə, Avropa regionu 3,285 mlrd. dollarla birinci yerdə qərarlaşıb ki, bu da göstərilən dövrdə ümumi xarici investisiyaların 70,8%-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR