Türkiyəyə yatırılan xarici sərmayələrin həcmi 16% azalıb

Türkiyəyə yatırılan xarici sərmayələrin həcmi 16% azalıb
  • Clock-gray 15:09
  • calendar-gray 15 Fevral 2021

Ötən il Türkiyə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 2019-cu illə müqayisədə 16,5% azalaraq 7,733 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Mərkəzi Bankının hesabatında deyilir.

Qeyd olunur ki, 2019-cu ildə bu rəqəm 9,266 mlrd. dollar olub. Xarici rezidentlər tərəfindən 2020-ci ildə qoyulan investisiyaların həcmi 5,669 mlrd. dollar təşkil edib. 2019-cu ildə bu rəqəm 5,878 mlrd. dollar olub. Koronavirus pandemiyasına baxmayaraq, bu göstərici cəmi 3,6% azalıb.

Türkiyəyə birbaşa xarici investisiyanın ən böyük həcmi İtaliya tərəfində yatırılıb – 977 mln. dollar. Bu ölkənin ardınca ABŞ (798 mln. dollar), Böyük Britaniya (693 mln. dollar), Lüksemburq (436 mln. dollar) və Qətər (399 mln. dollar) kimi ölkələr gəlir.

Hüseyn Vəliyev

Digər xəbərlər