Ünvanlı sosial yardımın maliyyə təminatı üçün gələn ilin dövlət büdcəsindən 257,7 milyon manat ayrılacaq

Ünvanlı sosial yardımın maliyyə təminatı üçün gələn ilin dövlət büdcəsindən 257,7 milyon manat ayrılacaq
# 21 dekabr 2020 13:57 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsindən ünvanlı dövlət sosial yardımının maliyyə təminatı üçün ayrılacaq vəsaitin məbləği məlum olub.

APA-nın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci ildə ünvanlı dövlət sosial yardımının maliyyə təminatı üçün növbəti ilin dövlət büdcəsində 257,7 milyon manat vəsait proqnozlaşdırılır.

Bu da 2020-ci illə müqayisədə 13,6 milyon manat və ya 5,0 faiz çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR