Vahid Ələkbərov bu il sərvəti ən çox azalan Rusiya milyarderlərinin siyahısına başçılıq edir

Vahid Ələkbərov bu il sərvəti ən çox azalan Rusiya milyarderlərinin siyahısına başçılıq edir
# 28 dekabr 2020 17:31 (UTC +04:00)

“Forbes” jurnalı 2020-ci ildə sərvəti ən çox azalan Rusiya milyarderlərinin reytinqini tərtib edib. Siyahıya “Lukoil” şirkətinin baş direktoru, azərbaycanlı Vahid Ələkbərov başçılıq edir.

APA-Economics”in “Forbes”a istinadən verdiyi məlumata görə, Ələkbərovun sərvəti 2020-ci ildə əsasən “Lukoil”in kotirovkalarının azalması səbəbindən 4,082 mlrd. ABŞ dolları azalıb. V. Ələkbərov “Lukoil” səhmlərinin 28%-nə sahibdir.

Reytinqin ikinci yerində il ərzində 3,555 mlrd. dollar itirən “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson, üçüncü yerində isə sərvəti il ​​ərzində 2,339 mlrd. dollar azalan “Volga Group” özəl investisiya qrupunun sahibi Gennadi Timçenko qərarlaşıb.

Siyahının ilk onluğuna Leonid Fedun (il ərzində 1,757 mlrd. dollar itirib, sərvəti 8,259 mlrd. dollar), Mixail Qutseriyev (1,689 mlrd. dollar itirib, sərvəti 2,106 mlrd. dollar), Samvel Karapetyan (1,533 mlrd. dollar itirib, sərvəti 2,567 mlrd. dollar), İqor Altuşkin (1,331 mlrd. dollar itirib, sərvəti 4,08 mlrd, dollar), Oleq Deripaska (1,072 mlrd. dollar itirib, sərvəti 3,018 mlrd. dollar), Vladimir Boqdanov (1,002 mlrd. dollar, 1,836 mlrd. dollar), Qod Nisanov və Zarax İliyev (0,995 mlrd. dollar, 2,745 mlrd. dollar) daxil olub.

“Forbes” qeyd edir ki, ən çox neft texnologiyaları sahələri itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR