Venesuelada inflyasiya ilin əvvəlindən 1 400%-i ötüb

Venesuelada inflyasiya ilin əvvəlindən 1 400%-i ötüb
# 09 oktyabr 2020 10:00 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Venesuelada inflyasiyanın səviyyəsi 1 400%-dən çox olub.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə

Bu cür məlumatlar cümə axşamı günü prezident Nikolas Maduro və ölkə hökumətinin siyasi rəqibləri tərəfindən idarə olunan Milli Assambleyanın maliyyə komitəsinin (birpalatalı parlament) açıqlamasında deyilir.

"Sentyabr ayında inflyasiya 30%, ilin əvvəlindən isə 1 433,58% təşkil edib. İllik ifadədə qiymət artımı 3 246% olub", - məlumatda deyilir.

Qeyd edək ki, cari ilin fevral ayında Venesuela Mərkəzi Bankı 2019-cu ildə ölkədə inflyasiyanın 9 585,5% təşkil etdiyini bildirmişdi. Eyni zamanda, rəsmi məlumat çatışmazlığı səbəbindən 2017-ci ildən bəri müstəqil olaraq milli iqtisadi göstəricilərə dair hesabatlar hazırlayan millət vəkillərinə görə, ötən il Venesuelada qiymət artımı 7 374,4% olub.

Venesuela son illərdə hiperinflyasiya, milli valyutanın devalvasiyası və zəruri malların çatışmazlığı ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşayır. BMT-yə görə, təxminən 4,5 mln. insan ölkəni tərk edib, bunların demək olar ki, 80%-i bölgə əyalətlərində yaşayan insanlar olub. Bəzi proqnozlara görə, 2020-ci ildə onların sayı 6,5 mln. nəfərədək arta bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR