"Visa": Azərbaycanda "Apple Pay"in istifadə olunmasına icazənin alınması üçün çalışacağıq

"Visa": Azərbaycanda "Apple Pay"in istifadə olunmasına icazənin alınması üçün çalışacağıq
  • Clock-gray 12:04
  • calendar-gray 28 Yanvar 2021

"Visa" beynəlxalq kart təşkilatı olaraq Azərbaycanda "Apple Pay"in istifadə olunmasına icazənin verilməsi üçün səylər göstərəcəyik.

"APA-Economics"in məlumatına görə, bunu "Visa"nın MDB və Cənub-Şərqi Avropada Strateji Tərəfdaşlıq və Fintex üzrə baş direktoru Yevgen Lisnyak "Fintex Summit Online" ("Maliyyə və Texnologiyalar Sammiti") tədbirində çıxış edərkən deyib.

O həmçinin bildirib ki, şirkət Azərbaycandakı "Visa" kart sahiblərinə yeni texnoloji üstünlüklər təklif etməyə çalışacaq.

Bundan əvvəl "Visa"nın Qafqaz, MDB və Cənubi-Şərqi Avropa regionu üzrə baş meneceri Kristina Doroş "APA-Economics"ə bildirmişdi ki, "Visa" beynəlxalq kart təşkilatı "Apple Pay" və "Google Pay" təmassız ödəniş sistemlərinin Azərbaycanda tətbiq edilməsi üçün platforma rolunu oynayacaq.

Mirsəid İbrahimzadə

Digər xəbərlər