"Volvo"nun xalis mənfəəti üç dəfəyə yaxın azalıb

"Volvo"nun xalis mənfəəti üç dəfəyə yaxın azalıb
# 16 oktyabr 2020 13:30 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında İsveçin avtomobil istehsalçısı olan "Volvo Group"un xalis mənfəəti 2019-cu ilin ilk doqquz ayı ilə müqayisədə 2,7 dəfə azalaraq 10,714 mlrd. İsveç kronu (təxminən 1,2 mlrd. ABŞ dolları) təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.

Qeyd olunub ki, hesabat dövründə şirkətin satış həcmləri 26% azalaraq 241,528 mlrd. krona (27,2 mlrd. dollar) düşüb.

Cari ilin III rübünün nəticələrinə görə, "Volvo"nun mənfəəti illik ifadədə 21,8% azalaraq 5,9 mlrd. kron (664 mln. dollar) olub. Satışlar isə 22% azalaraq 76,852 mlrd. krona (8,66 mlrd. dollar) bərabər olub.

Qeyd edək ki, 1927-ci ildə təsis edilən və baş qərargahı Höteborq şəhərində yerləşən "Volvo" şirkəti yük maşınları, avtobuslar, inşaat texnikası, eləcə də dəniz və sənaye mühərrikləri istehsalında dünya liderlərindən biri sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR