Xarici valyutada kreditlərin həcminin azalması davam edir

Xarici valyutada kreditlərin həcminin azalması davam edir
# 29 mart 2021 16:35 (UTC +04:00)

2021-ci ilin mart ayının 1-nə Azərbaycandakı kredit təşkilatlarında (banklar, BOKT, kredit ittifaqları) əhalinin kreditlərinin həcmi 14 619,5 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, kreditlərin 28,8%-i xarici valyutada olub, bu, aylıq müqayisədə 0,6 faiz bəndi azdır. İllik müqayisədə isə bu göstərici 6,2 faiz bəndi azalıb.

Qeyd edək ki, yanvarın 1-nə kreditlərin dollarlaşması 29,8% təşkil edib. Bu da 2015-ci ilin yanvar ayından bəri ən aşağı göstəricidir. Beləliklə, dollarlaşma ötən ayda altıillik minimumda qalıb. Statistikanın aparıldığı dövrdən (2006-cı ildən bəri) kreditlərin ən yüksək dollarlaşma səviyyəsi isə 2016-cı ilin yanvar ayında qeydə alınıb (51,9%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR