Yanvarda Bakı üzrə aylıq inflyasiya 0,4% səviyyəsində qalıb

Yanvarda Bakı üzrə aylıq inflyasiya 0,4% səviyyəsində qalıb
# 22 fevral 2020 11:30 (UTC +04:00)

2020-ci ilin yanvar ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2019-cu ilin dekabr ayına nisbətən 0,4%, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,7% bahalaşıb.

APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, 2020-ci ilin yanvar ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 103,6%, qeyri-ərzaq malları üzrə 101,7%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,2% təşkil edib.

Cari ilin yanvar ayında paytaxt üzrə istehlak qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 100,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1%, qeyri-ərzaq malları üzrə 100,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 99,7% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR