Yanvarda icbari və könüllü sığorta üzrə ödənişlər kəskin artıb

Yanvarda icbari və könüllü sığorta üzrə ödənişlər kəskin artıb
# 11 mart 2021 15:39 (UTC +04:00)

2021-ci ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri 19,833 mln. manat həcmində sığorta haqqı yığılıb, 19,653 mln. manat həcmində isə ödəniş həyata keçirilib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, bu göstəricilər 2020-ci ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 4,6% azalıb və 2,6 dəfə artıb. İcbari sığorta növləri üzrə yığımlar bazarın 19,1%-ni, ödənişlər isə 34,6%-ni təşkil edib.

Könüllü sığorta növləri üzrə yanvar ayında yığımlar 84,178 mln. manat, ödənişlər isə 37,188 mln. manat təşkil edib. Bu 2020-ci ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 7,7% azdır və 93,3% çoxdur. Sözügedən sığorta növləri üzrə yığımlar bazarın 80,9%-ni, ödənişlər isə 65,4%-ni təşkil edib.

Qeyd edək ki, yanvarda icbari həyat sığortası üzrə yığımlar və ödənişlər müvafiq olaraq 3,637 mln. manat və 390,2 min manata bərabər olubsa, könüllü həyat sığortası üzrə yığımlar və ödənişlər müvafiq olaraq 17,044 mln. manat və 28,354 mln. manat təşkil edib.

Xatırladaq ki, 2021-ci ilin yanvar ayı ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 104,011 mln. manat həcmində sığorta haqqı və 56,841 mln. manat həcmində ödəniş həyata keçirilib. Bu illik müqayisədə 7,2% azdır və 2,1 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR