Yaponiya avtomobil istehsalçılarının satışları kəskin azalıb

Yaponiya avtomobil istehsalçılarının satışları kəskin azalıb
  • Clock-gray 14:35
  • calendar-gray 28 May 2020

Bu ilin aprel ayında Yaponiyanın avtomobil istehsalçılarının qlobal avtomobil satışları COVID-19 pandemiyası fonunda iki dəfədən çox azalıb.

"APA-Economics" "Reuters"ə istinadən verdiyi məlumata görə, Yaponiyanın ən böyük avtomobil korporasiyası olan "Toyota Motor"un qlobal avtomobil satışları ötən ay 45% azalaraq 472 703 ədəd təşkil edib. Korporasiyanın satışları ardıcıl olaraq dörd ay azalır. Şirkət bu il mənfəətinin 80% azalacağını gözləyir və bunun son 9 ildə ən kəskin azalma olacağını qeyd edir.

Yaponiyanın avtomobil sənayesinin digər nəhəngləri sayılan "Honda Motor" və "Nissan Motor"un satışları apreldə müvafiq olaraq 43% və 42% azalıb.

Qeyd edək ki, bu gün "Nissan Motor" son 11 ildə ilk dəfə olaraq maliyyə ilini zərərlə başa vurduğunu açıqlayıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər