Yuan 17 aylıq maksimuma çatıb

Yuan 17 aylıq maksimuma çatıb
# 09 oktyabr 2020 12:01 (UTC +04:00)

İnvestorların Con Baydenin ABŞ-ın növbəti prezidenti olması üzrə artan gözlətiləri fonunda Çinin milli valyutası ABŞ dollarına qarşı məzənnəsi 17 aylıq maksimuma çatıb – 1 dollar 6,7112 yuandan 6,7024 yuana enib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, Çinun xaricdəki aktivlərinə olan rekord tələb qlobal bazarda yuanın statusunu gücləndirib.

Xarici investorlar yüksək gəlirlilik və COVID-19 pandemiyasından sonra cari ildə Çin iqtisadiyyatının sürətli bərpası şəraitində ölkənin borc qiymətli kağızlarını alır. Eyni zamanda, Çinin Mərkəzi Bankı yerli valyutanın bir sıra güclü yüksəlişlərindən sonra yuanı zəiflətmək niyyətində deyil.

Qeyd edək ki, Baydenin iqtisadi siyasəti aşağı tariflər və mümkün qədər az ticari münaqişələri nəzərdə tutur. İnvestorlar bunun Çin və ABŞ arasında ticarət müharibəsinin səngiməsinə aparacağını düşünür. Hazırda siyasi risklər səbəbindən dollara göstərilən təzyiq, faiz dərəcələrinin azaldılması və pandemiyanın iqtisadi təsirləri fonunda Çin aktivlərinə tələbat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR