Yunanıstanın ÜDM-i ötən il 8,2% azalıb

Yunanıstanın ÜDM-i ötən il 8,2% azalıb
# 05 mart 2021 16:55 (UTC +04:00)

Yunanıstanda ÜDM istehsalı 2020-ci ilin IV rübündə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7,9%, illik ifadədə isə 8,2% azalıb.

APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Milli Statistika İdarəsinin (ELSTAT) hesabatında deyilir.

Qeyd olunur ki, ötən ilin III rübündə ÜDM 10,5% (əvvəlki proqnozda 11,7% azalma nəzərdə tutulmuşdu), II rübündə 13,8% (14,2% azalma planlaşdırılırdı) və 2020-ci ilin I rübündə isə 0,1% (0,4% artım səviyyəsində proqnozlaşdırılırdı) olub.

Yunanıstanın 2021-ci il dövlət büdcəsində 2020-ci ildə ÜDM-in 10,5% azalacağı, 2021-ci ildə isə 3,3% artacağı proqnozlaşdırılır.

Avropa Komissiyasının qış proqnozlarında Yunanıstan iqtisadiyyatının keçən il 10%-dək azalacağı gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR