Ziyad Səmədzadə: “Qalib dövlətin gələn il üçün büdcəsi çox sistemli hazırlanıb”

Ziyad Səmədzadə: “Qalib dövlətin gələn il üçün büdcəsi çox sistemli hazırlanıb”
# 23 dekabr 2020 13:42 (UTC +04:00)

“Qalib dövlətin gələn il üçün büdcəsi çox sistemli hazırlanıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında deputat Ziyad Səmədzadə deyib.

Deputat bildirib ki, iqtisadi strukturlar arasında olan koordinasiya heç vaxt indiki qədər yüksək səviyyədə olmayıb: “Azərbaycanın iqtisadi inkişaf sürəti dünya üzrə iqtisadi inkişaf sürətindən çox olub. 70-ci illərdə ümummilli lider Heydər Əliyev bu məsələni qoymuşdu. Artıq ölkəmizdə əməkhaqqı fondu 14 milyard manata yaxınlaşır. Bu bizim beynəlxalq imicimizə kifayət qədər yaxşı təsir edəcək rəqəmdir. Biz çalışmalıyıq ki, qalib dövlətin ilk büdcəsini xalqa təqdim edəndə göstərək ki, borc alan dövlətdən borc verən dövlətə çevrilmişik. Bir çox ölkə müharibədən sonra çətinliklərlə üzləşir. Biz isə bunları görmədik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR