ABA ilə IFC arasında əməkdaşlığa dair müqavilə imzalanıb

ABA ilə IFC arasında əməkdaşlığa dair müqavilə imzalanıb
# 06 noyabr 2019 10:48 (UTC +04:00)

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

"APA-Economics"in məlumatına görə, sənəd bu gün Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumu çərçivəsində imzalanıb. Sənədi ABA-nın prezidenti Zakir Nuriyev və IFC-nin Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova imzalayıblar.

Sənədə əsasən, hər iki qurum elektron və rəqəmsal maliyyə xidmətləri çərçivəsində əməkdaşlıq edəcək.

Layihə İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR