ADB və KfW birgə maliyyələşdirmə tərəfdaşlığını genişləndirirlər

ADB və KfW birgə maliyyələşdirmə tərəfdaşlığını genişləndirirlər
# 08 noyabr 2019 14:43 (UTC +04:00)

Asiya İnkişaf Bankı (ADB) və Almaniya İnkişaf Bankı (KfW) birgə maliyyələşdirmə tərəfdaşlığını əlavə 2 mlrd. ABŞ dolları ilə genişləndirirlər. Bu vəsait bankların Asiya regionunda tərəfdaş ölkələrində həyata keçirilən layihələrə yönəldiləcək.

"APA-Economics"in ADB-yə istinadən verdiyi məlumata görə, birgə maliyyələşdirmə ilə bağlı yenidən işlənmiş anlaşma memorandumunu ADB-nin vitse-prezidenti Əhməd M. Səid, KfW-nin Avropa və Asiya üzrə İdarəetmə Komitəsinin üzvü Stefan Opitz və KfW-nin Şərqi və Cənub-Şərqi Asiya üzrə regional meneceri xanım Ulrayk Lasman tərəfindən Manila şəhərində imzalanıb.

Qeyd edək ki, əlavə vəsaitlər 2014-cü ildə yaradılan və 2017-ci ildə əlavə 2 mlrd. dollar ilə yenilənmiş uğurlu 2 mlrd. dollarlıq birgə maliyyələşdirmə tərəfdaşlığına əsaslanacaq. 2014-cü ildən indiyədək sözügedən bankların tərəfdaşlığı təhsil, enerji, səhiyyə, sənaye və ticarət, habelə dövlət sektorunun idarə edilməsinə yönəlmiş 14 maliyyələşdirilən layihənin yaradılmasına imkan verib. KfW-nin bu layihələr üçün 4 mlrd. dollar, ADB isə 5,8 mlrd. dollar vəsait yönəldib.

Ümumilikdə, Almaniya ADB-nin layihələrinin ikinci ən böyük ikitərəfli maliyyələşdiricisidir. KfW-dən əlavə maliyyələşdirmə ADB-yə 2030-cu ilə qədər illik 1,7 trln. dollar səviyyəsində qiymətləndirilən bölgənin geniş infrastruktur ehtiyaclarını həll etməyə kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR