AİB Azərbaycanla tərəfdaşlığın 20 illiyinə həsr olunmuş loqo müsabiqəsi elan edib

AİB Azərbaycanla tərəfdaşlığın 20 illiyinə həsr olunmuş loqo müsabiqəsi elan edib
# 03 iyul 2019 17:23 (UTC +04:00)

Bu ilin sonunda qeyd ediləcək Azərbaycan və Asiya İnkişaf Bankının (AİB) tərəfdaşlığının 20 illik və AİB-in Azərbaycandakı nümayəndəliyinin yaradılmasının 15 illik ildönümü çərçivəsində AİB yeni loqonun hazırlanması üçün müsabiqə elan edib. Loqo son 20 il ərzində AİB-in Azərbaycanın inkişafındakı rolunu əks etdirməlidir.

APA-Economics”in AİB-ə istinadən verdiyi məlumata görə, müsabiqədə istənilən şəxs iştirak edə bilər. Müsabiqə şərtlərinə əsasən, loqonun əqli mülkiyyət hüququ AİB-ə veriləcək, qalibin adı və mükafat haqqında məlumatlar heç bir icazə və kompensasiya olmadan ictimaiyyətə açıqlanacaq, loqonun daha da təkmilləşdirilməsi üçün üzərində düzəlişlər ediləcək. Bundan əlavə, loqolar tamamilə orijinal olmalıdır və əvvəlcədən hazırlanmış loqolardan imitasiya edilməsi tamamilə qadağandır. Logo mövzuya uyğun və kreativ olmalıdır, eləcə də, vizual balans və rəng çalarlarının uyğunluğu gözlənilməli, tək və diqqət çəkici görünüş yaratmaq üçün bütün elementlər bir birinə uyğunlaşdırılmalıdır.

AİB-in məlumatına əsasən, 3 nəfərdən ibarət münsiflər heyəti və AİB-in Azərbaycandakı missiya rəhbəri bütün müraciətləri dəyərləndirəcək və son qərar münsiflər heyəti tərəfindən veriləcək. Qalib avqustun 1-dən sonra açıqlanacaq.

Müsabiqənin qalibi 200 manat dəyərində ki, mükafatın sahibi olacaq. Əlavə olaraq, qalib tərifnamə, AİB-nin Azərbaycandakı missiya rəhbərindən tövsiyə məktubu və ya bankın ev sahibliyi edəcək tədbirlərdən birinə dəvət almaq şansını qazanacaq.

Müraciət üçün son tarix 22 iyul, saat 18:00-dır. Bu tarixədək loqonun dizaynı və simvolun qısa təsviri ilə [email protected] elektron ünvanına göndərilməlidir.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bank Azərbaycanın ən böyük inkişaf tərəfdaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR