AMB depozit hərracında 100 mln. manat cəlb edib

AMB depozit hərracında 100 mln. manat cəlb edib
# 23 sentyabr 2019 11:39 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, sentyabrın 23-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 647,2 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR