AMB depozit hərracında 100 mln. manat vəsait cəlb edəcək

AMB depozit hərracında 100 mln. manat vəsait cəlb edəcək
# 23 avqust 2019 12:01 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, avqustun 26-da keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlb ediləcəyi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gün təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR