AMB depozit hərracında 150 mln. manat vəsait cəlb edib

AMB depozit hərracında 150 mln. manat vəsait cəlb edib
  • Clock-gray 12:01
  • calendar-gray 22 İyul 2019

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, iyulun 22-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 827,9 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 150 mln. manat vəsait cəlb edib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date