AMB depozit hərracında 150 mln. manat vəsait cəlb edib

AMB depozit hərracında 150 mln. manat vəsait cəlb edib
# 12 noyabr 2019 11:37 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, noyabrın 12-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 663,7 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 150 mln. manat vəsait cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR