AMB-nin valyuta ehtiyatları 8%-ə yaxın artıb

AMB-nin valyuta ehtiyatları 8%-ə yaxın artıb
# 02 iyul 2019 14:24 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu ilin iyunun 28-nə 5 939,4 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 426,7 mln. dollar və ya 7,7% çoxdur.

Aylıq müqayisədə bu göstərici 68,5 mln. dollar və ya 1,2%, cari ilin əvvəlindən isə 283,5 mln. dollar və ya 5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR