ARDNF bu ilin birinci yarısında qısamüddətli investisiya alətlərinə üstünlük verib

ARDNF bu ilin birinci yarısında qısamüddətli investisiya alətlərinə üstünlük verib
# 02 avqust 2019 11:18 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında bu ilin iyunun 30-na birinci yerdə (37,8% ilə) A reytinqli investisiya alətləri qərarlaşıb.

"APA- Economics"in ARDNF-ın 2019-cu ilin birinci yarısının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, investisiyaların 31,4%-i AAA reytinqli, 21,1%-i AA reytinqli, 8,5%-i BBB reytinqli, 1,2%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 33,1%-i 0-1 il, 43,3%-i 1-3 il, 12,2%-i 3-5 il,11,4%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib.

Qeyd edək ki, ARDNF-ın cəmi investisiya portfeli 42 463,45 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR