ASB-nin aktivləri azalıb

ASB-nin aktivləri azalıb
# 22 oktyabr 2019 12:02 (UTC +04:00)

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics"in sözügedən hesabata istinadən verdiyi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ASB-nin cəmi aktivləri 939 661 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% azdır.

Hesabat dövründə bankın cəmi öhdəlikləri əvvəlki ilin analoji dövrünə nisbətən 7,8% azalaraq 840 977 min manat təşkil edib.

Ötən ilin doqquz ayını 4 705 min manat xalis mənfəətlə başa vuran ASB, cari ilin yanvar-sentyabr aylarında bu göstəricidə 41,3%-lik artıma nail olub.

Əlavə olaraq, bank öz kredit portfelini 2018-ci ilin sentyabrın 30-na olan göstərici ilə müqayisədə bu il 9,6% artıraraq 314 686 min manata yüksəldib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR