AYİB Azərbaycanda yerli valyutada istiqraz emissiya etmək niyyətindədir

AYİB Azərbaycanda yerli valyutada istiqraz emissiya etmək niyyətindədir
  • Clock-gray 17:36
  • calendar-gray 05 Sentyabr 2019

Bakıda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti arasında görüş keçirilib.

MBNP-dən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı AYİB tərəfindən Azərbaycanda yerli valyutada istiqraz emissiyasının həyata keçirilməsi, ölkənin qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə törəmə maliyyə alətləri istiqamətində atılmış addımlar, gələcək üçün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə müsbət təsirləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara məxsus yerli valyutada emissiya olunacaq qiymətli kağızların fond birjasında listinqə çıxarılması və kütləvi təklif üsulu ilə yerləşdirilməsi ölkənin qiymətli kağızlar bazarının inkişafına və dərinləşməsinə əlavə stimul yaradacaq.

Öz növbəsində AYİB-in Şərqi Avropa və Qafqaz üzrə yeni təyin olunmuş İdarəedici Direktoru Matteo Patrone qiymətli kağızlar bazarının inkişafı istiqamətində Palata ilə AYİB arasında mövcud əməkdaşlıq çərçivəsində reallaşdırılmış işlər barədə məlumat verib. AYİB-in Azərbaycan üzrə apreldə açıqlanmış yeni strategiyasına əsasən kiçik və orta biznes, həmçinin aqrobiznes subyektlərinin maliyyələşməsinin prioritet hesab edildiyini nəzərə alaraq, Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar yüksək qiymətləndirilib və əlaqələrin daha da genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

APA-Economics

Digər xəbərlər

Arxiv

date