AYİB Azərbaycan üzrə dayanıqlı iqtisadiyyatın keyfiyyət göstəricilərini açıqlayıb

AYİB Azərbaycan üzrə dayanıqlı iqtisadiyyatın keyfiyyət göstəricilərini açıqlayıb
# 20 noyabr 2019 10:32 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Azərbaycanın dayanıqlı iqtisadiyyatına cavabdeh olan bir sıra keyfiyyət göstəricisini açıqlayıb.

"APA-Economics" AYİB-in "Transition Report 2019-20" adlı hesabatına istinadən verdiyi məlumata görə, 2019-cu ildə Azərbaycan ölkədə olan biznes mühitini inkişaf etdirib və rəqabət qabiliyyəti üzrə indeksini 4,39-a yüksəldib (2018-ci ildə bu göstərici 4,22-yə bərabər olub). Hesabatda qeyd olunur ki, logistikanın keyfiyyətinin artırılması da burada mühüm rol oynayıb.

Bundan başqa, yaxşı idarəetmə indeksində də artım qeydə alınıb. Bu keyfiyyət göstəricisi üzrə Azərbaycanın indeksi ötən ilə nisbətən 0,04 bənd artaraq 5,79-a çatıb. Buna səbəb kimi bank şəxsi mülkiyyət hüquqlarının müdafiəsinin tənzimləmə və qorunması üçün daha güclü çərçivələrin qurulmasını göstərir. Bundan əlavə, “Mediasiya haqqında” Qanunun qəbul edilməsi də bu indeksə müsbət təsir etdiyi göstərilir.

Azərbaycan üzrə "yaşıl indeks" ("yaşıl iqtisadiyyat"a keçid) və regionun, əhalinin və əhali arasında hər iki cinsin inkişafda iştirak etməsi indeksi dəyişməz – müvafiq olaraq 5,35 və 4,94 səviyyəsində qalıb.

Ümumi xarici iqtisadi sarsıntılara qarşı dayanıqlılıq indeksi 4,1-dən 3,9-a enib.

Son olaraq inteqrasiyanın səviyyəsinin göstəricisi indeksi 5,6-dan 5,59-a enib. Hesabata görə, Azərbaycan ticarəti asanlaşdırmalı və hava əlaqəsinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərə önəm verməlidir.

Qeyd edək ki, sözügedən hesabat AYİB-in sərmayə yatırdığı bütün ölkələr üzrə indeksləri təyin edir və dayanıqlı bazar iqtisadiyyatının altı əsas keyfiyyətini özündə cəmləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR