Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramının ilk investisiya sammitində iştirak edir

Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramının ilk investisiya sammitində iştirak edir
# 22 noyabr 2019 15:04 (UTC +04:00)

Azərbaycanın Baş Naziri Əli Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Londonda təşkil olunan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin ilk investisiya sammitində iştirak edir.

Bu barədə "APA-Economics" AYİB-in dərc etdiyi məlumata istinadən xəbər verir.

Ermənistan prezidenti, Belarus, Moldova və Ukraynanın Baş nazirləri, həmçinin Gürcüstanın Baş Nazirinin müavini də tədbirdə iştirak edirlər.

Tədbirdə Avropa İttifaqı və AYİB-in nümayəndələri, investisiya mühiti, investisiya meylləri və imkanları, AYİB-in fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılır.

Qeyd edək ki, AYİB "Şərq Tərəfdaşlığı" regionunda ən böyük institusional investordur, regionda özəl sektorun inkişafına dəstək və investisiya mühitinin yaxşılaşdırılması qurumun əsas prioritetlərindəndir. Bankın fəaliyyətə başlamasından etibarən AYİB regionun altı ölkəsində 1 200-dən çox layihəyə 26 mlrd. avrodan çox investisiya yatırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR