Azərbaycan banklarına SWIFT-in alternativi təklif olunub

Azərbaycan banklarına SWIFT-in alternativi təklif olunub
# 02 avqust 2019 16:14 (UTC +04:00)

Azərbaycan banklarına SWIFT ödəniş sisteminə alternativ olan “Visa B2B Connect”ə qoşulmaq təklif olunub. Bunu “APA-Economics”ə maliyyə bazarındakı etibarlı mənbə deyib.

Mənbənin sözlərinə görə, təklif olunan “Visa B2B Connect” sistemi “blockchain” texnologiyası üzərində qurulub və onun vasitəsilə aparılan ödənişlər daha ucuz və ani olaraq həyata keçirilir.

“Təklif “Visa” beynəlxalq kart təşkilatı tərəfindən irəli sürülüb. Azərbaycan banklarının “Visa B2B Connect” keçid etməsi üçün qanunvericilik bazasına müvafiq dəyişikliklər edilməlidir. “B2B Connect” artıq “Visa” tərəfindən qlobal olaraq anons edilib və Azərbaycan ilk ölkələrdəndir ki, bu sistemə qoşulmaqla bağlı “Visa”dan müraciət alıb”, - deyə mənbə bildirib.

Qeyd edək ki, SWIFT (“Society for Worldwide Interbank Financial Telecommunication” – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. SWIFT 1973-cü ildə 19 ölkədən olan 248 bank tərəfindən Belçika qanunvericiliyinə əsasən yaradılmış bir cəmiyyətdir. SWIFT banklara maliyyə əməliyyatları haqqında məlumatları təhlükəsiz, etibarlı və standartlaşdırılmış şəkildə göndərməyə və qəbul etməyə imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR