Azərbaycan Beynəlxalq Bankı dəmir yolu işçiləri üçün kredit kampaniyası keçirir

Azərbaycan Beynəlxalq Bankı dəmir yolu işçiləri üçün kredit kampaniyası keçirir
# 10 oktyabr 2019 15:51 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə dəmiryolçulara özəl kredit kampaniyasına start verib.

Beynəlxalq Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın əməkhaqqı kartına malik hər bir dəmir yolu işçisi oktyabrın 10-dan 17-dək davam edəcək kampaniya müddətində nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankından endirimli şərtlərlə ala bilər.

Kampaniya çərçivəsində illik faiz dərəcəsi 18%-dən başlayaraq 48 ayadək 20 min manata qədər komissiyasız kreditlər təklif olunur. Kredit 15 000 manata qədər olduqda zaminsiz verilir.

“Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, bankın “IBAm” mobil əlavəsi, yaxud Azərbaycan Beynəlxalq Bankının “28 Mall” və “Gənclik Mall” alış-veriş mərkəzlərindəki stendlərində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir”, - deyə bankdan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR