Azərbaycan Beynəlxalq Bankı Neftçilər günü münasibətilə yeni kredit kampaniyasına başlayıb

Azərbaycan Beynəlxalq Bankı Neftçilər günü münasibətilə yeni kredit kampaniyasına başlayıb
# 18 sentyabr 2019 12:03 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı 20 sentyabr Neftçilər günü münasibətilə yeni kredit kampaniyasına start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ABB-nin əmək haqqı kartına sahib hər bir neft sənayesi işçisi bu kampaniya çərçivəsində sentyabrın 18-dən 25-ə qədər nağd pul kreditini güzəştli şərtlərlə ala bilər.

Kampaniyanın özəllikləri:

• Kreditin məbləği - 20.000 manatadək
• Kreditin müddəti - 48 ayadək
• İllik faiz dərəcəsi - 18%-dən başlayaraq
• Kredit 15000 manata qədər olduqda – zaminsiz
• Komissiyasız

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, bankın İBAm mobil əlavəsi, yaxud Azərbaycan Beynəlxalq Bankının “28 Mall” və “Gənclik Mall” alış-veriş mərkəzlərindəki stendlərində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR