Azərbaycan əczaçılıq məhsullarının idxalını azaldıb

Azərbaycan əczaçılıq məhsullarının idxalını azaldıb
# 23 sentyabr 2019 15:40 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 176,8 mln. ABŞ dolları dəyərində 8 886,8 ton əczaçılıq məhsulları idxal edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk səkkiz ayında ölkəyə idxal olunan əczaçılıq məhsullarının 2,2 mln. dollar və ya 1,2%, həcmi isə 539,4 ton və ya 5,7% azalıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında əczaçılıq məhsullarının ümumi idxaldakı payı 1,88% təşkil edib. Bu göstərici illik müqayisədə 0,73 faiz bəndi azalıb.

Xatırladaq ki, hesabat dövründə ölkədə əczaçılıq məhsullarının istehsalı 9,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR