Azərbaycan Gürcüstanın ən böyük ikinci ixrac tərəfdaşı olub

Azərbaycan Gürcüstanın ən böyük ikinci ixrac tərəfdaşı olub
# 19 noyabr 2019 11:52 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 827 816,8 min ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycanda 427 466,1 min dollar dəyərində məhsul idxal edib ki, bu da Gürcüstanın ümumi idxalının 5,8%-nə bərabər olub. Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı isə 400 350,7 min dollar təşkil edib ki, bu da Gürcüstanın ümumi ixracının 13,2%-nə bərabər olub.

Yanvar-oktyabr ayları ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi bu ölkənin ümumi ticarət dövriyyəsinin 8%-nə bərabər olub. Hesabat dövründə Azərbaycan Gürcüstanın ən böyük ikinci ixrac tərəfdaşı olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 555 512, 93 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56 125,52 min dollar və ya 11,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR