Azərbaycan hökuməti cari əməliyyatlar balansı üzrə proqnozlarını açıqlayıb

Azərbaycan hökuməti cari əməliyyatlar balansı üzrə proqnozlarını açıqlayıb
# 13 sentyabr 2019 17:56 (UTC +04:00)

2020-ci il üzrə Azərbaycanın cari əməliyyatlar balansında 1,7 mlrd. ABŞ dolları və ya ÜDM-in 2,1%-i səviyyəsində profisit proqnozlaşdırılır ki, bu da maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtəcək.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, cari əməliyyatlar balansındakı profisit əsasən ticarət balansındakı profisitin hesabına formalaşacaq. Bununla belə, xidmətlər balansındakı kəsirin 2019-cu ildən etibarən azalması cari əməliyyatlar balansındakı profisitə artırıcı təsir göstərəcək.

2021-ci ildə cari əməliyyatlar hesabı 21,7 mlrd. dollar, 2022-ci ildə 26,4 mlrd. dollar, 2023-cü ildə isə 28,6 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR