Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 11% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 11% artıb
# 02 avqust 2019 16:02 (UTC +04:00)

Bu ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 13 482,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 462,3 mln. manat və ya 3,6% çoxdur.

Bu göstərici əvvəlki ayla müqayisədə 284,6 mln dollar və ya 2,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 377,0 mln. manat və ya 11,4% artıb.

Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin çoxalması hesabına baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR