Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
# 06 avqust 2019 17:53 (UTC +04:00)

Avqustun 6-sa Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105015751 ISIN-li, 25 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 96.4540 manat (10.0000%) və 101.4657 manat (7.200%) olan 24 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2994 (7.2900%), orta ölçülmüş qiyməti 101.3264 (7.2754%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74,144,100.00 manat yerləşdirilmiş həcmi isə 25,000,000.00 manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 03.08.2021-ci il.

Hərrac iştirakçıları 7 avqust 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR