Azərbaycana bu il 83,5 mln. manat dəyərində mobil telefon idxal olunub

Azərbaycana bu il 83,5 mln. manat dəyərində mobil telefon idxal olunub
# 16 sentyabr 2019 15:29 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayında Azərbaycana 716 013 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitənin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların idxalı 68% artıb.

Cari ilin ilk yeddi ayı ərzində idxal olunan məhsulların dəyəri 83 497,5 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR