Azərbaycanda 2019-2021-ci illərdə xidmət sahəsinin orta illik artım tempi 3,9% təşkil edəcək - PROQNOZ

Azərbaycanda 2019-2021-ci illərdə xidmət sahəsinin orta illik artım tempi 3,9% təşkil edəcək - PROQNOZ
# 12 oktyabr 2019 12:21 (UTC +04:00)

Dünya Bankı Azərbaycanda 2019-2021-ci illər üzrə xidmət sahəsinin artım tempinə dair proqnozlarını açıqlayıb.

"APA-Economics"in Dünya Bankının dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, 2019-cu ildə ölkədə xidmət sektoru 6,4% artacağı gözlənilir. 2020-ci ildə bu göstəricinin 2,6%, 2021-ci ildə isə 2,8% təşkil edəcəyi proqnozlaşdırılır.

Göründüyü kimi, 3 il ərzində Azərbaycanın xidmət sahəsi orta hesabla hər il 3,9% artacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda xidmət sahəsi əvvəlki ilə nisbətən 3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR