Azərbaycanda ümumi daxili məhsul istehsalı artıb

Azərbaycanda ümumi daxili məhsul istehsalı artıb
  • Clock-gray 11:27
  • calendar-gray 16 Avqust 2019

Bu ilin yanvar-iyul aylarında ölkədə 44473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM 4499,5 manata bərabər olub.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3%, sənayedə 3,3%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6%, digər xidmət sahələrində 1,7% artıb, tikintidə isə 9,1% azalıb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date