Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 1,5% artıb

Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 1,5% artıb
  • Clock-gray 10:28
  • calendar-gray 17 İyul 2019

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 3 228,1 manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinaən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 çoxdur. Halbuki 2018-ci ilin ilk yarısında ölkədə adambaşına düşən ÜDM-in artım tempi əvvəlki ilin eyni dövrünə nisbətən cəmi 0,4% təşkil edib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 37,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4% çox ÜDM istehsal edilib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date