Azərbaycanda bu il hər bir istehlakçı əmtəə və pullu xidmətlərə orta hesabla 384 manat xərcləyib

Azərbaycanda bu il hər bir istehlakçı əmtəə və pullu xidmətlərə orta hesabla 384 manat xərcləyib
# 17 iyul 2019 09:34 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 22,8 mlrd. manat olmaqla 2018-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,6% artıb.

APA-Economics”in dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini real ifadədə 2,6% üstələyərək 21,9 mlrd. manata bərabər olub, onun 47,1%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 383,8 manatlıq və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 14,6 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR