Azərbaycanda əhalinin adambaşına düşən gəlirləri 5,5% artaraq 2 769 manata çatıb

Azərbaycanda əhalinin adambaşına düşən gəlirləri 5,5% artaraq 2 769 manata çatıb
# 17 iyul 2019 09:23 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin gəlirləri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 6,6% artaraq 27,4 mlrd. manat təşkil edib.

APA-Economics”in dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 2 768,6 manatlıq gəlir düşüb. Bu göstərici illik müqayisədə 5,5% artıb.

“Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25 131,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7% çox vəsait qalıb”, - deyə Komitənin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR